Ermənilər Bərdəni yenidən atəşə tutub, 3 nəfər həlak olub - YARALILAR VAR

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.

 

Baş Prokurorluqdan verilən məlumata görə, Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 3 nəfər həlak olub, bir neçə şəxs isə xəsarət alıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Bərdənin yenidən atəşə tutulması ilə bağlı “Twitter” hesabında paylaşım edib.

 

Hikmət Hacıyev mülki əhali arasında itkilər olduğunu və Ermənistanın belə məqsədli müharibə cinayətlərinin şiddətlə qınanmalı olduğunu qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv