Ermənilər bu dəfə “20 Yanvar” faciəsini öz adlarına çıxdılar

Özünü qarabağlı ermənilərin dövlət katibi adlandıran Artur Beqlaryan yenə gülünc vəziyyətə düşüb.

Qatı milliyətçi-şovinist mövqeyi ilə bilinən Beqlaryan tvitter hesabında iddia edib ki, Sovet hakimiyyətinin son illərində Bakıda ermənilər kütləvi şəkildə öldürülüb.

Erməni şovinist izləyicilərini aldatmağa çalışıb ki, 14 yanvar Bakıdakı ermənilərin azərbaycanlılar tərəfindən soyqırıma məruz qalınmasının 32-ci ildönümüdür.  

Beqlaryan daha da irəli gedərək, Bakıda 1990-cı il yanvarın 20-də rus qoşunları tərəfindən öldürülən soydaşlarımızın fotolarını da paylaşıb və onların azərbaycanlılar tərəfindən öldürülən ermənilər olduğunu deyib.

Dırnaqarası katibin bu paylaşımı təkcə soydaşlarımızın etirazı ilə deyil, həm də əcnəbilərin tənələri ilə qarşılanıb. Onlar Beqlaryanı saxta tarix yaratmağa çalışmaqda, gerçəklikləri fərqli formada təqdim etməkdə, millətlər arasında nifaq toxumu səpməkdə günahlandırıblar.

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv