Ermənilər dinc əhaliyə qarşı terror əməllərini davam etdirir

Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

APA TV-nin yerli bürosunun məlumatına görə, düşmənin ən çox atəşə məruz qoyduğu ərazilərdən biri də Ağcabədinin Qiyaməddinli və Hacılar kəndləridir.

Düşmən təxribatı nəticəsində bu  günədək Qiyaməddinli kəndində 12 ev tamamilə dağılıb, 21 evə isə qismən ziyan dəyib:

Kənd sakini Natiq Hacıyev deyir ki, yaşayış məntəqəsinin tez-tez atəşə tutulduğunu deyir: “Kəndə mərmi çox düşür. Dinc əhalini təşvişə salmaq istəyirlər. Lakin bizim əhali, xalq erməninin bu vandallığından qorxan xalq deyil. Bu mənim bacımın evidir. 1992-1993-cü illərdə də ermənilər bu vəhşilikləri, vandallıqları törətdilər. İndi də ənənələrinə sadiq qalırlar. Bu evə 2 mərmi düşüb, hər şey məhv olub. Onların peşəsi vəhşilikdir. Baxmayaraq ki, humanitar  atəşkəs elan olunub onlar yenə terrorçuluğa davam edirlər”

Açılan atəş nəticəsində mülki əhali arasında ölən və yaralananlar olmayıb. Lakin onlarla iribuynuzlu və xırdabuynuzlu heyvan tələf olub.

 

Müəllif | Apa.Tv
Apa.tv