Ermənilər dinc sakinləri atəşə tutmaqda davam edir

Təmas xəttinə yaxın olan Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndi də erməni silahlı qüvvələri  tərəfindən  daim atəşə tutulur.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, buna baxmayaraq kənd sakinləri öz yerlərini tərk etməyəcəklərini deyirlər:

 

- Hal-hazırda döyüşlər davam edir. Biz yurdumuzu, kəndimizi  qoyub getməmişik. Ailəmiz-uşağımız burdadır. Biz öz ordumuza, əsgərlərimizə güvənirik. Hər zaman biz də döyüşə hazırıq.

 

- Səhər saatlarından döyüş başlayıb. Buna baxmayaraq, biz öz yurdumuzu, öz kəndimizi qoyub getməmişik. Bizim güclü ordumuz var. Öz Ali Baş komandanımıza güvənirik.

 

Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması

səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv