Ermənilər Füzulidə mülki əhalini hədəf aldı

Kadrlarda görünənlər ermənilərin mülki əhaliyə doğru tuşladığı raket mərmiləridir. İstiqaməti  Füzuli rayonu, məqsədi isə öldürmək olan hərbi vasitə partlamayıb.

 

Nifrətdən, qəzəbdən, xislətindən partlayan Ermənistan ordusunun partlamayan raket mərmisi. Ötən gün hədəf kimi Füzuli rayonu götürülsə də bu istəkləri baş tutmayıb. Kadrlar isə göz önündədir.

 

Bunlar Ermənistan ordusunun mülki əhalini hədəfə almasının bariz nümunəsidir. Döyüşün də öz qanunları var. Bu davranış isə beynəlxalq hüquq normalarının pozulması və hərbi qanunlara zidd əməllərdir.

 

Elvin Paşazadə,

Ziya İsmayılov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv