Ermənilər Gəncəni növbəti dəfə raket atəşinə tutdu

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ermənistanın Berd rayonundan atılan raketlər Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, eləcə də “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazarın yaxınlığına düşüb.

 

Nəticədə bir neçə mağaza dağılıb, bir neçəsinə isə ziyan dəyib. Bundan başqa, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

 

Düşmən təxribatı nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

 

Əraziyə Gəncə şəhər İcra hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və hüquq mühafizə orqanları cəlb olunub.

 

Düşmən təxribatına baxmayaraq, şəhər sakinləri heç nədən qorxmadıqlarını deyirlər.

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv