Ermənilər Hadrutda təxribat törədib, Azərbaycanın bir, düşmənin üç hərbçisi yaralanıb

Erməni silahlı birləşmələrinin Hadrut istiqamətində törədiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.

 

APA TV-nin “Sputnik Armenia” agentliyinə istinadən verdiyi xəbərə görə, erməni tərəfinin yaydığı məlumatda bildirilir ki, dekabrın 11-də Hadrut ərazisində atışma olub. Atışmada üç erməni hərbçi yaralanıb.

 

Qeyd edək ki, dünən erməni tərəfinin təxribat törətməsi nəticəsində Azərbaycanın bir hərbçisinin yaralanması barədə məlumat yayılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv