Ermənilər itə bomba bağlamağı kimdən öyrəniblər?
Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qeyri-qanuni silahlı ermənilər terror aktına cəhd ediblər. Müdafiə Nazirliyinin məlumatına görə, ermənilər itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq, əsgərlərimizin mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər. Bildirilib ki, hərbiçilərimizin sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat istəyi baş tutmayıb. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz sosial şəbəkə hesabında hadisəni “əxlaqsız terror aktı” adlandırıb. “Bu gün Azərbaycan itlərdən işğaldan azad olunmuş ərazilərdə minaların tapılması üçün istifadə edir, ermənilər isə terror aktı üçün. Azərbaycan ərazilərindəki silahlı erməni separatçıları məhv edilməlidir”. Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev deyib. O əlavə edib ki, ermənilər analoji terroru təkcə heyvanlara qarşı deyil, həm də uşaqlara qarşı olub. Umud Mirzəyev əlavə edib ki, son 30 ildə ermənilərin törətdikləri terrorlar bəşəri faciələrdir, ona görə bu hadisələrə beynəlxalq təşkilatlar biganə qalmamalıdır. Azərbaycana qarşı soyqırımı faciələri törədənlərin itlərə əldəqayırma partlayıcı bağlayaraq göndərməsi təəccüblü deyil. Bunu isə hərbi ekspert Ədalət Verdiyev deyib. O əlavə edib ki, bu hadisədə də ermənilər qeyri-insani və ləyaqətsiz elementlərin biri kimi dəyərləndirməlidir. Hərbi ekspert onu da əlavə edib ki, atılmış addım Azərbaycan ordusuna qarşı edilmiş növbəti terror aktıdır və istənilən halda heyvanlardan bu cür istifadə beynəlxalq konfensiyalara ziddir. Qeyd edək ki, itlərə partlayıcı bağlayaraq düşmən üzərinə göndərilmə sonuncu dəfə SSRİ ordusunda alman tanklarına qarşı istifadə olunub. Fuad Sadıqov APA TV