Ermənilər mülki əhalini atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri dinc əhalini atəşə tutmağa davam edir.

 

APA TV-nin yerli bürosunun işğalçı ordunun hərbçiləri Ağdamın bütün yaşayış məntəqələrini atəş altında saxlamağa çalışır.

 

Düşmən tərəfindən rayona atılan mərmilərdən biri də rayonun Zəngişalı kənd sakini Sərxan Quliyevin evinə düşüb. Xoşbəxtlikdən mərmi düşən vaxt 7 nəfərlik  ailə üzvlərindən evdə heç kim olmayıb.

 

Hazırda döyüşlər davam edir. Azərbaycan Ordusu mülkü əhalini atəşə tutan işğalçı orduya qarşı adekvat tədbirlər görür.

Müəllif | Apa.Tv
Apa.tv