Ermənilər mülki əhalini atəşə tutub - YARALILAR VAR
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində də məcburi köçkünlərin kompakt məskunlaşdırıldığı Baharlı qəsəbəsini intensiv atəşə tutub. Nəticədə yaralananlar var.