Ermənilər Qarabağı Qafqazın “barıt cəlləyi”nə çeviriblər – APA TV
Bu dərəcədə olduğunu heç gözləmirdik - PA rəsmisi “Azərbaycanın Qarabağ bölgəsində davam edən cəmi 3 günlük tərksilah prosesi göstərdi ki, bu region işğal altında olduğu illər ərzində hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında qeyd edib. Hacıyevin sözlərinə görə, Qarabağdakı əhalinin sayına və ərazinin ölçülərinə görə regionun bu dərəcədə hərbləşdiriləcəyi heç gözlənilmirdi.
O, bildirib ki, tərksilah və demobilizasiya reinteqrasiyanın əsas komponentləridir.