Ermənilər Qazaxda yaşayış evlərini atəşə tutdu
Ermənistanla dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən məlumata görə, bu gün saat 11:45 radələrindən başlamaqla Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələri İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.
Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.