Ermənilər Qəbələ, Siyəzən və Kürdəmiri raket atəşinə tutub

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

 

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

 

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv