Ermənilər qəbirlərimizi niyə qazırlarmış? - DƏHŞƏTLİ SƏBƏB

Niderlandda yaşayan erməni bloger Nairi Haxverdinin erməni hərbçilərin Qarabağda törətdikləri vəhşiliklərlə bağlı paylaşımı soydaşlarını hiddətləndirib. O, erməni komandirlərinin törətdiyi vəhşiliklərdən bəhs edərkən bildirib ki, Azərbaycanın 7 rayonu etnik təmizləməyə məruz qoyulub.

Sitat: “Bu hadisə “azadlıq” şüarları ilə ört-basdır edilərdi. Bu cür cəhalət içində böyüyən erməni gənclərini rəhbərlərimiz məyus etdi. Ermənilərin özlərini yedizdirdiyi millətçi nağıllara, hər halda, diqqət yetirilməli və düzəldilməlidir. Bəs biz həqiqətə hazırıqmı? Son bir ildə yaşanılanlar danışmaq mümkün deyil. Qəribədir ki, 1-ci müharibə zamanı döyüşən ermənilər çox vaxt yaşadıqları barədə daha dürüst idilər”. Sitatın sonu

Bloger daha sonra qeyd edib ki, yaşı 40-ı keçmiş bir veteran ona komandirinin öz bölüyünə azərbaycanlı qəbirləri qazmaq və qızıl dişləri tapmaq əmrini verdiyini deyib. “O, komandirinin və əsgər yoldaşlarının acgözlüyünü dəhşətlə izlədiyini söyləyirdi! - deyə, bloger əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv