Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib

Erməni silahlı qüvvələrinin tərəfində döyüşən PKK-çıların əksəriyyəti məhv edilib, qalan hissəsi isə yerli hərbçilərlə birgə Suqovuşan və cənub cəbhəsində təxribat qrupları şəklində fəaliyyətə başlayıb.

 

Bu barədə APA TV-yə hərbi mənbələrdən məlumat verilib.

 

Məlumatda görə, yerli əhali ərazini tərk edib, canlı qüvvə tükənməkdədir, hərbçilər dəstək gəlməyəcəyi təqdirdə mövqelərdən çıxacaqlarını bildiriblər.

 

Oktyabrın 4-də günün sonuna kimi İrəvanda toplaşan çoxlu sayda canlı qüvvənin gecə saatlarında Dağlıq Qarabağa göndərilməsi planlaşdırılıb.

 

Xankəndindəki artilleriya və zenit-raket qurğuları şəhərdən müxtəlif istiqamətlərdə çıxarılaraq yeri dəyişdirilir.

 

Suriyada toplaşan 500 nəfərlik muzdlu heyətin də oktyabrın 4-dən 5-nə keçən gecə Ermənistana gətirilməsi və Dağlıq Qarabağda partizan döyüşlərinə göndərilməsinə qərar verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv