Ermənilər Tərtərdə qəbiristanlığı atəşə tutdu – 3 NƏFƏR HƏLAK OLDU, 5 NƏFƏR YARALANDI
Ermənistan Silahlı Qüvvələri Tərtərdə şəhər qəbiristanlığını artilleriya atəşinə tutub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, düşmən tərəfindən qəbiristanlığa atılan mərmi nəticəsində orada olan üç nəfər - 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu, 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub.
Daha 5 nəfər - 1966-cı il təvəllüdlü Məmmədov Füzuli Əli oğlu, 1968-ci il təvəllüdlü Əmirov Nofəl Yelmar oğlu, 1967-ci il təvəllüdlü Əmirov İskəndər Yelmar oğlu, 1979-cu il təvəllüdlü Allahverdiyev Elsevər Vəli oğlu və 1986-cı il təvəllüdlü Qəzənfərli Rafael Qəzənfər oğlu yaralanıb.
Hadisə ilə bağlı Prezidentin köməkçisi Hikmət Hacıyev də məlumat verib. O qeyd edib ki, Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır.
Təxribatla bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilir ki, ermənilər qəbiristanlıqda dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan oranı intensiv atəşə tutublar.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.