Ermənilər Tovuzu atəşə tutdu
Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuz rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki yoxdur.
Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.