Ermənilər Tovuzu atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

 

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

 

“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - qeyd olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv