Ermənilər Tovuzu iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub

 

Bu gecə cəbhədə, xüsusilə Tovuz rayonunda sərhəd boyu ərazilərdə vəziyyət gərgin olaraq qalıb.

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Müəllif | Apa.Tv
Apa.tv