Ermənilər Tovuzun Ağdam kəndini yenə atəşə tutdu – İRİÇAPLI SİLAHLARDAN
Ermənistan silahlı qüvvələri Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribata əl atıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən yenə də rayonun yaşayış məntəqələrini atəşə tutub.
Bu gün saat səhər saatlarında ermənilər Tovuz rayonunun Ağdam kəndi istiqamətində iriçaplı silahlardan atəş açıb. Nəticədə neytral zonada yanğın baş verib. Xoşbəxtlikdən kənd sakinləri arasında tələfat olmayıb.
Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub.
Fuad Nazimoğlu
Mehdi Məmmədov