Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutudu
Ermənistan silahlı qüvvələri növbəti dəfə Ermənistan-Azərbaycan dövlət Sərhədinin Tovuz rayonu istiqamətində təxribata əl atıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri düşmən tərəfindən atəşə tutulub. İriçaplı silahlardan atılan mərmilər kənddə bir evə ziyan vurub. Kənd sakini Laçın Bağırovanın evi davamlı atəşə tutulduğundan ziyan məhz bu evə dəyib.
Düşmən silahlıları kənddə təsərrüfat işləri ilə məşğul olan sakinləri də atəşə tutub.
Ordumuzun adekvat cavab və cəza tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Ümumilikdə cəbhəboyu ərazilərdə əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV