Ermənilər Tovuzun Dondar Quşçu kəndini artilleriya atəşinə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA-ya bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Müəllif | Apa.Tv
Apa.tv