Ermənilər Tovuzun yaşayış məntəqələrini atəşə tutmağa başladı
Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun yaşayış məntəqələrini və Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutmaqda davam edir.
APA TV-nin məlumatın a görə, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, bu gün saat 19.30-dan etibarən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.