17:19 14 may 2022 116
Ana səhifə Xəbərlər

Ermənilərdən növbəti təxribat

Bu gün saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın