Ermənilərin atdığı mərmi Ağdamda evə düşüb, yanğın baş verib

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Ağdamı top atəşinə tutmağa davam edir.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən tərəfindən mülki əhalinin ağır artilleriyadan atəşə tutulması nəticəsində yaşayış məntəqələrində dağıntılar və yanğınlar baş verir.

 

Bu gün atılan mərmilərdən biri rayon sakini Rövşən Məmmədovun fərdi yaşayış evinə düşüb. Top mərmisindən dağılan evdə daha sonra yanğın baş verib. Ev bütün əşyaları ilə birlikdə tamamilə yanıb.

 

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovun yaxın evlərə keçməsinin qarşısını alaraq yanğını söndürüb.

Müəllif | Apa.Tv
Apa.tv