Ermənilərin Bərdədə törətdiyi qanlı terrordan zərərçəkənlər danışır

Bu gün ermənilərin Bərdədə törətdiyi terrordan iki il ötür. 2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu yerləri  beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalarla atəşə tutub. Nəticədə 21 nəfər həlak olub, 70 nəfərə yaxın mülkü şəxs isə yaralanıb. Fəri yaşayış evlərinə, ticarət obyektləri və nəqliyyat vasitələrinə külli miqd arda ziyan dəyib.

 

Həmin gün atılan kasetli bombalar şəhərin küçələrini al-qana boyamışdı. Elçin Şirinov da həmin gün ölən və yaralanan mülki şəxslərin içərisində idi. O, ağır yaralanmışdı. Elçin yanan maşınını bu gün də həyətində saxlayır.

 

Ayağını itirən Elçinin müalicəsi hələ də davam edir. Son 2 ildə dəfələrlə əməliyyat masasına uzanıb.

 

Həmin gün xəsarət alanlardan biri də rayonun Mirzəxan kənd sakini Faiq Kərimovdur.  Faiq aldığı qəlpə yarasından sağ gözünü tamamilə itirib, sağ əlin barmaqları isə işləmir.

 

Qeyd edək ki, Bərdə şəhərinin 05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

 

Habil Aslanoğlu Ziya İsmayılov

Müəllif | Apa.Tv
Apa.tv