Ermənilərin daha bir neçə texnikası qənimət götürüldü
Azərbaycan Ordusu növbəti dəfə düşmənin xeyli sayda hərbi avtomobillərini qənimət olaraq ələ keçirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən texnikaları cəbhənin Goranboy istiqamətindən götürülüb.
Ordumuz tərəfindən düşmənin “Rabitə avtomobili”, "UAZ", “URAL", "PİCAP", "ZİL" və yanğın söndürən maşınları qənimət olaraq ələ keçirilib.
Avtomobillərin əksəriyyəti işlək vəziyyətdədir.
Hazırda cəbhənin bütün istiqamətində döyüşlər davam edir.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV