Ermənilərin Füzuli istiqamətində taboru atəşə məruz qalıb, düşmən xeyli sayda itki verib
Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə məruz qalıb.
Azərbaycan Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.
Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.