Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirildi

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

 

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.


Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-G və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.

 

Müəllif | Apa.Tv
Apa.tv