Ermənilərin Naxçıvanla sərhəddə tikdiyi zavod təbiət üçün təhlükəlidir

 

Ermənistan Kütləvi İnformasiya Vasitələrinin yaydığı xəbərlərə görə, sahəsi 16 500 kvadratmetr olacaq zavodda ildə 180 min ton metal istehsalı nəzərdə tutulur. Beynəlxalq hüquqa görə, hər bir ölkə öz ərazisində təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. Lakin həmin fəaliyyət digər ölkənin ərazisinə təsir edirsə, bu mütləq razılaşma yolu ilə beynəlxalq hüquq və beynəlxalq ekoloji hüquq normalarına uyğun həyata keçirilməlidir. Ermənistanın tarixi Azərbaycan torpağı Arazdəyəndə Araz çayı üzərində xarici sərmayədarlarla birgə tikdiyi metallurgiya zavodu ciddi narahatlıq doğurur. Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi bu gün də davam edir. Bu isə Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olur. Demək olar ki, artıq bir çox bitki və heyvanların təbiətdən yox olması təhlükəsi yaranıb. Son zamanlar aparılan müşahidələr zamanı müəyyən edilib ki, çayın suyu qatılaşıb, rəngini dəyişib. Bütün bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir.. Qeyd edək ki bu məsələ sakinləri də narahat edir. Zavodun vəaliyyətə başlamasından sonra onun yaratdığı təhlükə təkcə Araz çayının çirkləndirilməsi ilə yekunlaşmır. İstehsal zamanı müəssisənin atmosferə atacağı qaz və metal tozlar külək vasitəsilə ətrafa yayılacaq. Bu isə sərhəddə yerləşən yaşayış məntəqələrimiz üçün təhlükəlidir.

Müəllif | Apa.Tv
Apa.tv