Ermənilərin partlamayan mərmisi – NİYYƏTLƏRİ GÖYƏ SOVRULDU
Birazdan mühüm əməliyyat həyata keçiriləcək. Kadrlardakı görüntülər həmin prosesə hazırlıq mərhələsindəndir.
Ermənistan ordusunun mülki əhalini hədəfə almasının sübutlarından biri – partlamayan mərmi. Hazırda ANAMA tərəfindən mərminin zərərsizləşdirilməsi ilə bağlı işlər aparılır.
Hərbi vasitə bu gün ərazimizə atılıb. Bir ədəd olan və 122 millimetrlik top mərmisi ANAMA tərəfindən aşkarlanıb. Beynəlxalq Konvensiya tərəfindən qadağan olunan, eyni zamanda mülki əhaliyə doğru hədəflənən hərbi sursatın tərkibində ağ fosfor maddəsi var ki, canlı varlıq üçün olduqca zərərlidir.
Əgər maddə insanların və ətrafdakı canlıların üzərinə tökülərsə, onun söndürülməsi, dayandırılması qeyri-mümkündür. Yalnız xüsusi maddələr vasitəsilə prosesin qarşısını almaq olar.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin regionlar üzrə 24 qrupu fəaliyyət göstərir. Hazırda ANAMA-nın apardığı tədbirlər nəticəsində sursatın yerində zərərsizləşdirilməsi həyata keçirilir.
Və proses həyata keçirildi.
Ermənistan ordusunun həyata keçirmək istədiyi niyyəti bu cür göyə sovruldu. Bu onların Azərbaycan ərazisinə atdığı partlamamış mərmi idi. ANAMA tərəfindən zərərsizləşdirildi.
Qeyd edək ki, mülki insanların bu cür partlamamış hərbi sursatlardan maarifləndirilməsi, qorunması üçün yaşayış ərazilərində ANAMA-nın mina maarifləndirilməsi şöbəsinin əməkdaşları da fəaliyyət göstərir.