Erməninin maşınından Türkiyə ilə bağlı görün hansı sənədlər tapıldı

Almaniyada erməni əsilli şəxs təxribat törədib.

 

APA TV-nin xəbərinə görə, hadisə Berlində, Kayzer Vilhelm memorial kilsəsi və Kurfürstendamm bulvarı yaxınlığında baş verib.

 

Belə ki, 29 yaşlı erməni əsilli Almaniya vətəndaşı olan şəxs avtomobilini insanların üzərinə sürüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10-a yaxın şəxs isə xəsarət alıb.

 

Hadisəni araşdıran polis, avtomobildə cinayətin törədilməsi planlarını təsdiqləyən məktub da tapıb. Törədilən hadisənin siyasi motivli olması ehtimal edilir. Çünki avtomobildən Türkiyə ilə bağlı sənədlər də tapılıb.

Müəllif | Apa.Tv
Apa.tv