Ermənistan 10 nəfərin meyit qalıqlarını Azərbaycana verdi

Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşən 10 nəfərin meyit qalıqlarını Azərbaycana təhvil verib.

 

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

“Dekabrın 1-də erməni tərəfi Azərbaycana I Qarabağ müharibəsində həlak olan 10 nəfərin meyit qalıqlarını, həmçinin, daha 4 nəfərin basdırıldığı yeri göstərən 2 xəritə verib”, - deyə məlumatda deyilir.

 

Qeyd edək ki, Ermənistan 2020-ci ilin noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin meyit qalıqlarını təhvil verib.

Müəllif | Apa.Tv
Apa.tv