“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Paşinyan

Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır.

APA TASS-a istinadən məlumat yayıb ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı bu barədə fikrini bildirib.

“Mən təsdiq edirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”, - Paşinyan qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv