Ermənistan hərbçisi ordumuzun atəşi nəticəsində yaralanıb? - RƏSMİ CAVAB

Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

 

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən (MN) bildirilib

 

Müdafiə Nazirliyi bildirir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv