Ermənistan müdafiə naziri şeytanla da əməkdaşlığa hazırdır

Lazım gəlsə, şeytanla da əməkdaşlığa hazıram, təki bunun bizim orduya fayda dəysin.

 

Bunu Ermənistan müdafiə naziri Suren Papikyan deyib. Ermənistan ordusunun problemlərindən danışan nazir onların həll edilməsi üçün istənilən şəxslə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

 

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verməyə hazırlaşmadığını bildirib.

 

 “Mən istefa verməyə hazırlaşmıram”, - o qeyd edib.

 

Papikyan əlavə edib ki, o, orduda başlanmış islahatları başa çatdırmaq niyyətindədir.

 

Qeyd edək ki, bir müddət əvvəl Suren Papikyanın istefa verəcəyinə dair məlumatlar yayılıb. Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunduğu deyilirdi.

 

Ermənistan mətbuatında Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib.

Müəllif | Apa.Tv
Apa.tv