Ermənistan ordusu Tapqaraqoyunlu kəndini ağır artileriya silahlarından atəşə tutur

Düşmən ordusu  yaşayış məntəqələrimizi  atəşə tutmaqda davam edir.

 

APA TV xəbər verir ki, Goranboyun Tapqaraqoyunlu kəndi düşmənin daimi atəşinə məruz qalır. Dörd gün ərzində Ermənistan ordusu kəndi ağır  artileriya silahlarından atəşə tutur. Nəticədə kənddə xeyli evə ziyan dəyib. Kənd düşmənə yaxın olmasına baxmayaq, sakinlər kəndi tərk etməyiblər. Kənd sakinləri bildirir ki, biz kəndimiz tərk etməmişik və ordumuza güvənirik. Əhali arasında ruh yüksəkliyi var. Düşmən cavab atəşi ilə susdurulub. Hazırda mövcud vəziyyət ordumuzun nəzarəti altındadır.

 

Qeyd edək ki, Ermənistan ordusunun  atdığı iri çaplı silahlardan açılan mərmilər nəticəsində  Tapqaraqoyunlu kəndində 20-dən atıq ev tam və qismən dağılıb.

 

Fuad Nazimoğlu

 

Mehdi Məmmədov

 

APA TV Goranboy Tapqaraqoyunlu

 

Müəllif | Apa.Tv
Apa.tv