Ermənistan ordusunun qoyub qaçdığı bəzi raketlər kustar üsulla hazırlanıb

Ermənistan ordusunun qoyub qaçdığı bəzi raketlər kustar üsulla hazırlanıb.

ANAMA-nın əməkdaşı Musa Məmmədovun sözlərinə görə, bu cür qurğular yaxın keçmişdə İŞİD və PKK terrorçuları tərəfindən istifadə olunub.

 “Bu sursatlar kustar üsulla hazırlanıb, zavod istehsalı deyil. Yaxında gördüyümüz 240 mm-lik raketlərin də üzərində hər hansı boya və yazıların olmaması həmin raketlərin də kustar üsulla hazırlanmasına dəlalət edir. Qanuni rus istehsalı olan bu tip raketlər “M-24 F” raketləridir ki, bunlar əsasən iki modifikasiyada olub; maksimum 7 km və 11 km məsafəyə atılanlar və qanunauyğunluqla da partlayıcı çəkiciləri 18 və 27 kq olanlar. Amma Yaxın Şərqdə istifadə olunan kustar üsulla hazırlanan raketlərdə uçuş məsafəsi 18 km-ə qədər, partlayıcı maddə 40 kq-ə qədər artırılıb ki, daha böyük dağıntılar törətsin".

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Musa Məmmədov, burdakı raketlərin üzərində hər hansı boyanın olmaması da hamısının eyni tip, eyni qaynaqdan raketlər olmasına dəlalət etdiyini deyib.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Musa Məmmədov jurnalistlərə oktyabrın 9-da gecə saat 10-11 radələrində Füzuli rayonu ərazisinə düşən Toçka-U sisteminin 9M-79 raketi barədə məlumat verib.

O bildirib ki, raketin maksimum uçuş məsafəsi 120 km-dir. Həmin vaxt düşmən müdafiəsinin dərinliklərindən həmin vaxt bu əraziləri vura bilib. Raketin təyinatı əsasən, canlı qüvvə, kommunikasiya və vacib obyektlərin məhv edilməsidir.

Müəllif | Apa.Tv
Apa.tv