Ermənistan parlamenti Prezidentlə bağlı qərar verdi

Ermənistan parlamentinin spikeri Alen Simonyan Prezident Armen Sarksiyanın istefası barədə qərar imzalayıb.

 

APA TV TASS-a istinadən xəbər verir ki, o, istefadan 7 gün keçdikdən sonra bu barədə qərarı təsdiqləyən qərarı imzalayıb.

 

Müvafiq qərar bu gün qanunverici orqanın saytında yerləşdirilib.

 

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verdiyini açıqlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv