Ermənistan parlamentində dava: Demədikləri söyüş qalmadı

Ermənistan parlamentində yenə dava düşüb.
Yerli mətbuatın məlumatına görə, dava Milli Televiziya və Radio Komissiyasında boş qalan yerə görə yaranıb. 
“Hayastan” fraksiyası Ruben Akopyanın komissiya üzvlüyünə namizədliyini irəli sürüb. 
O isə öz çıxışında Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı ağır sözlər işlədib. 
Ruben bununla da skitləşməyib və onu “müxalifətin altına qoyulmuş mina” adlandıran hakim fraksiyanın deputatı Narek Babayanı tənqid atəşinə tutub. Təhqiramiz epitetlər işlədən Akopyanın sözünü hakim fraksiyadan olan deputat, komissiyanın sədri Sisak Qabrielyan kəsib və mikrofonun söndürülməsini əmr edib.

Akopyan cavab olaraq Qabrielyana da xoş olmayan ifadələr işlədib. Sonuncu isə borclu qalmayaraq cavab verib. Bir neçə dəqiqə davam edən qışqır-bağır əlbəyaxa davaya qədər gəlib çıxıb. Söyüşlərdən sonra Akopyan otağı tərk edərək jurnalistlərin yanına gedib.
 

Müəllif | Apa.Tv
Apa.tv