Ermənistan Qarabağa belə silah daşıyır - Nazirlik videogörüntüləri yaydı

Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazi­lərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir.

Sitat: Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması davam edir. Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Bundan əlavə, Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib. Belə ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib. Sitatın sonu

 

Məlumatda o da vurğulanıb ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Müəllif | Apa.Tv
Apa.tv