Ermənistan silahlı qüvvələri Ağdamın Qaradağlı kəndini atəşə tutub
Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, düşmən ötən gecə rayonun Qaradağlı kəndini atəşə tutub.
Ağır artilleriyadan atılan mərmi 2 evi tamamilə dağıdıb, bir neçəsinə qismən zərər vurub.
Qaradağlı kənd icra nümayəndəsinin müavini Zəfər İmanovun sözlərinə görə, sentyabrın 27-dən indiyədək kənddə ümumilikdə 150-yə yaxın evə ziyan dəyib ki, onlardan da 22-si dağılıb. 2 mülki şəxs həlak olub, 2 nəfər yaralanıb. Mərmilərin partlaması nəticəsində kənddə vətəndaşlara məxsus 20 baş iribuynuzlu, 50-yə yaxın xırdabuynuzlu heyvan, 200-dən çox ev quşu tələf olub.