Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozdu – QAZAX İSTİQAMƏTİNDƏ

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

 

Dövlət Sərhəd Xidmətindən APA TV-yə verilən xəbərə görə, 02 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

 

Müəllif | Apa.Tv
Apa.tv