Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli kəndini atəşə tutdu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.