Ermənistanda 15 hərbçi ölüb, çox sayda yaralı var

Ermənistanda hərbi hissələrin birində baş vermiş yanğın nəticəsində 15 hərbçi həlak olub, yaralılar var.

 

Bu haqda Ermənistanın NEWS.am saytı məlumat yayıb.

 

İlkin məlumatlara görə, yanğın 01:30 radələrində Basarkeçər rayonunun Azad kəndində yerləşən Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-snayper bölüyünün sığınacağında  baş verib.

Müəllif | Apa.Tv
Apa.tv