Ermənistanda aksiya: Qarabağdan qaçanlar İrəvanda ayağa qalxdılar
Qarabağdan qaçan ermənilər İrəvanda hökumət əleyhinə aksiya keçiriblər. Etirazçılar bildiriblər ki, Əmək və Sosial Məsələlər Nazirliyinin qaçqınlar üçün təyin etdiyi kirayə pulu çox azdır. Narazı ermənilərdən biri deyib ki, hökumət kirayə üçün azı 150 min dram vermək yerinə, 20 min dram verir. Onun sözlərinə görə, qiymətlərin sürətlə artdığı bir vaxtda hökumətin verdiyi qəpik-quruş ondan xəbər verir ki, Ermənistanda qaçqınlar insan yerinə qoyulmur.
Sitat: Bu gün bahalaşama yüksək sürətdə davam edir. Hökumət utanmır bu məbləği bizə verməkdə? Camaat, hamınız razısınız 20 mini hökumtə qaytarmağa, gəlin, vaz keçək bu məbləğdən, Sabah gedək nazirliyə və yazılı şəkildə bu yardımdan imtina edək. Deyək ki, verdiyinizi yardım başınıza dəysin.” Sitatın sonu
Qeyd edək ki, hökumətin bu gün keçirilən iclasında əmək və sosial məsələlər naziri Mkrtçyan Narek Qarabağdan İrəvana gedən qaçqınlara ödənilən və ötən ay dayandırılmış yardımların daha iki ay uzadılacağını bildirilib.
Fuad Sadıqov
Apa TV