Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya uğradı: ÖLƏN VƏ YARALANANLAR VAR

Ermənistanda hərbçilərin olduğu maşın qəzaya düşüb, ölən və yaralananlar var.

 

APA TV "shamshyan.com" istinadən xəbər verir ki, Sünik rayonunun İrəvan-Meğri avtomobil yolunun Tsquk kəndinin inzibati ərazisində hələlik naməlum şəraitdə Müdafiə Nazirliyinin dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobili və “Mercedes” avtomobili toqquşub.

 

Qəza nəticəsində 1 hərbçi hadisə yerində ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitalına yerləşdirilib.

 

Polis ölən və yaralıların kimliyini müəyyənləşdirir.

 

Müəllif | Apa.Tv
Apa.tv