Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edildi
Ermənistan hökuməti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.
APA TV xəvər verir ki, erməni KİV-lərinin verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb.
N.Paşinyan bildirib: "Ermənistan Respublikasında hökumətin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilir. Qərar dərc olunduğu andan qüvvəyə minir".