19:28 25 noyabr 2021 256
Ana səhifə Xəbərlər

Ermənistanda Rusiyaya nifrət niyə alovlanır?

Erməni KİV-lərində, eləcə də cəmiyyətdə Rusiyaya qarşı səslənən ittihamlar daha kəskin xarakter alır. Hətta ermənilər məğlubiyyətlərinin səbəbkarı kimi də Rusiyanı ittiham edirlər.  Rusiyanı “satqın”, “işğalçı” adlandıran erməni siyasi fəallar tərəfindən isə son etiraz aksiyaları Rusiya müstəmləkəçiliyinə qarşı başlanan milli-azadlıq hərəkatı kimi təqdim olunur.

Bütün bunların fonunda isə noyabrın 23-də İrəvanda ABŞ səfirliyi qarşısında Vudro Vilson verdiktinin ildönümü ilə bağlı “minnətdarlıq mitinqi” keçirilib. Səfirliyə təqdim olunmuş və Con Baydenə ünvanlanmış məktubda təşkilatçılar ABŞ-ı Ermənistana “daha aktiv dəstək verməyə” çağıraraq Kremldən şikayətləniblər.

Keçirilmiş aksiyadakı şüarları isə bunlardır. “Bizim xilasımız Amerika və birləşmiş Qərb­dir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güc­lənməsinin qarşısını alar”, “Ruslar burnundan uzağı görə bilmirlər, Ame­ri­ka isə 100 il əvvəli proqramlaşdırır”, “Ermənistanda Vudro Vilsonun abidəsi qo­yulmalıdır”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər”.

Ermənistan anti-Rusiya fikirlərinin artması ilə bağlı kanalımıza açıqlama verən deputat Cavid Osmanov bildirdi ki, rəsmi İrəvan Soçi görüşü öncəsi aldığı təlimatlara əsasən bölgədə sülhün və əminamanlığın bərqərar olmasına qarşı çıxır: “Ermənistanda olan Rusiya hərbi bazasının məhz Ermənistan hakimiyyətinin onlara qarşı soyuq davrandığını onu göstərir ki, Soçi görüşü öncəsi də  Ermənistan bəzi Qərb dairələrindən aldığı təlimata uyğun olaraq və Qərbin Rusiyaya qarşı siyasətinə uyğun olaraq, o cümlədən bəzi Qərb dairələrinin sülhün əminamanlığını bərqərar olmasına qarşı çıxmasına uyğun olaraq belə bəyanatlarla çıxış edirlər”.

Deputat onu da əlavə edib ki, hakim partiyanın, deputatlarının və onların tərəfdaşlarının birmənalı Rusiyaya qarşı çıxmaqla məhz özlərinə Qərbdə müəyyən arxa tapılmış qüvvələrin olmasını açıq nümayiş etdirmək deməkdir.

Siyasi şərhçi Tural İsmayılov isə bildirib ki, Paşinyan hakimiyyətə gəldiyi gündən Ermənistandakı Kreml dayaqlarını sıradan çıxarmağa çalışır. O əlavə edib ki, rəsmi Moskva baş verən prosesləri görür və bu prseslərə göz yummayacaq və iki ölkə arasında ciddi problemlər olacaq: “Rusiya ilə Ermənistan arasındakı münasibətlərin pozulma prosesi artacaq. Nəzərə alaq ki, keçirilən aksiyalar, mitinqlər Ermənistan mediasında Rusiya əleyhinə hökm sürən isterikanı birbaşa müəllifi dövlət aparatıdır. Hakimiyyət orqanları tərəfindən erməni mediasına ötürülən tezislər nəticəsində hər gün  Rusiya aşağılanır. Bu faktları nəzər alaraq, Rusiyanın Ermənistana göstərdiyi müəyyən yardımlarda gələvəkdə problemlər yarana bilər”.

Qeyd edək ki, Rusiyanın Ermənistanda Gümrüdəki 102-ci hərbi ba­za­sı­nın komandiri Aleksandr Petrov da ölkədə onlara qarşı fikirlərin olması ilə bağlı narazılığını bildirib. Bu barədə isə Ermənistanın “Hrapark” qəzeti yazıb. Dərgi onu da bildirib ki, Petrov Ermənistanın sabiq müdafiə naziri Karapetyanla görüşəndən 4 gün sonra onu işdən qovdular:

Sitat:

 “Ya mənə nifrət edirlər, ya da çox mürəkkəb pro­seslər gedir, heç nə başa düşmürəm. Biz Ermənistanın təhlükəsizliyini tə­min etmək üçün böyük bazayıq, amma bizdən uzaqlaşırlar və bizimlə əlaqə qur­maq istəmirlər. Yaxşı, dialoqdan yayınırsınız, öz işinizdir. Buna baxma­ya­raq, Ermənistana dəstək əlaməti olaraq bu günlərdə İrəvan səmasında aviaşou təşkil etdik, xüsusi olaraq müdafiə naziri Suren Papikyanı dəvət etdik, amma o, gəlmədi və hətta idarəsindən adam da göndərmədi. Bu nədir, müt­təfiq­lə­ri­miz bizə nəyi anlatmağa çalışırlar?".Sitatın sonu

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın