Ermənistanda siyasi qətl: Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru öldürüldü

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyan qətlə yetirilib.

 

APA TV-nin “Armenpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutunyan bildirib.

 

G.Kutoyanın güllə yaraları olan meyiti Yerevanda yerləşən mənzildə tapılıb. Onun öldürüldüyü, yaxud intihar etdiyi hələlik məlum deyil.

 

Ermənistan İstintaq Komitəsinin rəis müavini Artur Melikyan və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Qeyd edək ki, G.Kutoyan 2016-2018-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.

Müəllif | Apa.Tv
Apa.tv